Trampın sərvəti 100 milyon dollar azalıb

trampin-serveti-100-milyon-dollar-azalib
Oxunma sayı: 653

ABŞ prezidenti Donald Trampın sahibi olduğu sərvətinin 100 milyon dollar azalaraq 2,9 milyard dollara düşdüyü iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” araşdırma yazı hazırlayıb.

Hesablamalar Trampın illik maliyyə hesabatları, vergi hesabatları və bu yaxınlarda verdiyi maliyyə bəyannaməsinə əsaslanıb.

Onun sərvətinin azalmasında əsas səbəb Nyu-Yorkdakı “Tramp Tower”in bu il kifayət qədər gəlir gətirməməsi göstərilib.