Tramvayda oturacağa görə qan töküldü

tramvayda-oturacaga-gore-qan-tokuldu
Oxunma sayı: 1276

Əskişəhərdə tramvayda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dayanacaqların birində fiziki qüsurlu şəxs və körpə uşaqlı ailə tramvaya minib.

Bu zaman uşaq arabaları və fiziki qüsurlu şəxslər üçün nəzərdə tutulan yerdə 3 nəfər olub. Tramvaydakı sərnişinlərdən M.G. həmin üç nəfərdən yer vermələrini istəyib. Lakin onlar yer vermədiyi üçün tərəflər arasında mübahisə düşüb.

Növbəti dayanacaqda düşən həmin üç nəfərdən biri M.G.-ni ayağından bıçaqlayaraq qaçıb. Xəstəxanaya aparılan yaralının vəziyyətinin normal olduğu bildirilir.

Hazırda cinayətkarın tutulması üçün axtarış tədbirləri aparılır.