Tuba saçlarını yoldu, eks-əri də döydü

tuba-saclarini-yoldu-eks-eri-de-doydu
Oxunma sayı: 3128

Aktrisa-model Tuba Ünsal sevgilisi Caner Karaloğlunun keçmiş xanımı, dizayner Yelizabet Ması döyüb.

“Qafqazinfo” xəbər verir ki, Y. Mas avqustun 28-də İstanbulun iki ayrı ərazisində eks-əri C. Karaloğlu və T. Ünsal tərəfindən şiddətə məruz qaldığını bildirib.

İddiaya görə, Mas dostları ilə getdiyi restoranda Caner və Tuba ilə qarşılaşıb, onlara salam verib. Tuba anidən ayağa qalxaraq Yelizabetin saçından tutub.

İş adamının keçmiş xanımı məkanı tərk edərək gecə klubuna gedib. C. Karaloğlu həmin məkana gələrək Masın çiynindən zərbə endirib və bağıraraq “sən kimsən ki, sevgilimə salam verirsən?” deyib. Bundan sonra dizayneri bir neçə dəfə vuran Caner ərazidən uzaqlaşıb.

Y. Mas İstanbul Baş Prokurorluğuna müraciət edərək hər iki şəxs barədə şikayətçi olub. Bundan əlavə, o, məhkəməyə müraciət edərək uzaqlaşdırma qərarının çıxarılmasını tələb edib.  

Hakimin qərarı ilə aktrisa və biznesmen Yelizabetə yaxınlaşa bilməyəcəklər. 

Qeyd edək ki, Canerlə Yelizabet 2018-ci ildə boşanıb. İddia olunur ki, ailə T. Ünsala görə dağılıb.