Tunay komaya pəhrizə görə düşübmüş

tunay-komaya-pehrize-gore-dusubmus
Oxunma sayı: 713

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan keçmiş teleaparıcı Tunay Əliyeva xəstəxanalıq olub.

“Qafqazinfo”nun məlumatına görə, Yenicag.az-a açıqlama verən aktrisa hadisənin səbəbləri haqda danışıb:

“3 ay idi ki, vegeterian həyat tərzi keçirirdim, pəhriz saxlayırdım. Qanım aşağı düşdü və qəfildən ürəyim getdi. Məni təcili yardım maşını ilə xəstəxanaya apardılar. 3 gün komada qaldım, hətta bir anlıq ürəyim dayanıbmış. Həkimlər elektroşok tətbiq edəndən sonra Allah məni yenidən həyata qaytardı. Ölsəydim, bu gün “yeddi”mi verirdilər. Hələ də halsızam, dava-dərman qəbul edirəm. Bir müddət müalicə olunmalıyam”.