Tünzalədən sonra Elnarə... - Fotolar

tunzaleden-sonra-elnare
Oxunma sayı: 2702

Müğənni Elnarə Xəlilova da saçlarını bənövşəyi rəngə boyadan məşhurlar karvanına qoşulub.  “Qafqazinfo” xəbər verir ki, “W-trio” qrupunun keçmiş solisti yeni imicdəki fotolarını instaqram səhifəsində paylaşaraq “Mənim boya sevgim” şərhini yazıb. 

Tez-tez xarici görünüşündə dəyişiklik edən 38 yaşlı ifaçının bu imicini sosial şəbəkədə tənqid edənlər də olub. İnstaqram istifadəçiləri Elnarənin yaşına uyğun addım atmadığını qeyd ediblər. 

Bu məqamda bildirək ki, əməkdar artist Tünzalə Ağayeva da bir neçə həftə bundan əvvəl eyni saç rəngi ilə gündəmə gəlmişdi.