Türkiyə 41 şəhid verib, 2872 terrorçu öldürülüb

turkiye-41-sehid-verib-2872-terrorcu-oldurulub
Oxunma sayı: 721

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrində keçirilən “Zeytun budağı” hərəkatında öldürülən terrorçu sayını açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Afrində 700 kvadrat kilometrlik ərazinin terrorçulardan təmizləndiyini bildirib:

“Hərəkat bundan sonra daha çox sürətlə irəliləyəcək. İndiyə qədər 700 kvadrat kilometrdən çox ərazi terrorçulardan təmizlənib və bizim nəzarətimiz altındadır. Öldürülən terrorçuların son sayı 2872 nəfərdir. 

Türkiyədən 41, Azad Suriya Ordusundan isə 159 qardaşımız şəhid olub”.