Türkiyə-ABŞ gərginliyinin səbəbkarı - Azadlığa buraxıldı

turkiye-abs-gerginliyinin-sebebkari
Oxunma sayı: 4445

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan rahib Andryu Branson ilə bağlı qərar verilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, FETÖ və PKK terror təşkilatları adından cinayət işlədiyi və cəsusluq etdiyi iddiası ilə mühakimə olunan amerikalı din xadimi haqqında 3 il 1 ay 15 gün həbs qərarı verilib.

Lakin şərti azadlıqdan məhrumetmə cəzası alan Brunsonun ev həbsi və ölkədən çıxma qadağası ləğv edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb.