Türkiyə AÇ-2024-ə namizəd oldu

turkiye-ac-2024-e-namized-oldu
Oxunma sayı: 961

Türkiyə Futbol Federasiyası 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, TFF-nin prezidenti Yıldırım Demirören sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.
 
Qeyd edək ki, bundan əvvəl Almaniya AÇ-2024-ə namizədliyini irəli sürüb.