Türkiyə hökumətindən Azərbaycana xəyanət- - Foto

turkiye-hokumetinden-azerbaycana-xeyanet-
Oxunma sayı: 13387


Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib.  

“Qafqazinfo”nun məlumatına görə, "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və "qətliam" yazılıb.   

Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib.    

Türk saytlarının yazdığına görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi "Xocalı soyqırımı" sözünü "Xocalı qətliamı" ilə dəyişdirib.   

Xarici İşlər Nazirliyiyinin isə məsələyə yanaşması belə olub: "Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində erməniləri incitmək istəmir".