Türkiyə İsrailə vaxt verdi

turkiye-israile-vaxt-verdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, Davudoğlu, "Birləşmiş Millətlər Təşkilatının “Mavi Mərmərə” hesabatını açıqlayacağı gün, bizim üçün son gündür. O tarixə qədər üzr istənilməzsə, B planını dövrüyəyə gətirəcəyik", deyib.

“Mavi Mərmərə”yə hücumdan sonra BMT-nin qərarı ilə hadisəni araşdırmaq üçün yaradılan Palmer Komissiyasının hazırladığı hesabatın ötən may ayında açıqlanması planlaşdırılmış, lakin tərəflərdən gələn tələblərə görə təxirə salınmışdı.

İsrailin baş naziri Benyamin Netanyahu da “Mavi Mərmərə” hesabatının açıqlanmasından 6 ay təxirə salınmasını istəyib.

Davudoğlu Türkiyə üçün altı ay uzatmanın qəbul olunmasının mümknüsüzlyünü bildirib. BMT-nin hesabatının sabah Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Muna təqdim edildikdən sonra açıqlanması gözlənilir.