Türkiyə üçün “S-400”lərin istehsalına başlanıldı

turkiye-ucun-s-400lerin-istehsalina-baslanildi
Oxunma sayı: 1187

“Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev Türkiyəyə satılan “S-400” raket əleyhinə müdafiə sistemlərinin istehsalına başlanıldığını açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Mixeyev müqavilənin tətbiqinə start verildiyini bildirib:

“İstehsal başladı. Bəzi prosedurlar, mərhələlər var. Hər şey danışılıb, üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik”.

Qeyd edək ki, Rusiyanın müdafiə sənayesi şirkəti “Rostek”in direktoru Sergey Çemezov Türkiyənin Rusiyadan 4 ədəd “S-400”ü 2,5 milyard dollara sifariş etdiyini açıqlamışdı.

“S-400”lərin 2019-cu ilin sonuna qədər göndəriləcəyi bildirilir. Kompleksin daha öncə 2020-ci ildə təhvil veriləcəyi deyilsə də, Putin və Ərdoğan arasındakı sonuncu görüşdə vaxtın tezləşdirilməsi barədə razılıq əldə edilmişdi.