Türkiyədə ard-arda 3 zəlzələ oldu

turkiyede-ard-arda-3-zelzele-oldu
Oxunma sayı: 1111

Antalyanın Qumluca bölgəsində 45 dəqiqə ərzində Rixter şkalası üzrə 3,5; 3,2 və 4,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, birinci zəlzələ Qumlucanın 66 kilometrliyində 15 kilometr, 2-ci 16 km, üçüncü isə 94 km dərinliklərdə meydana gəlib.

Təkanlar dağıntıya səbəb olmayıb.