Türkiyədə Azərbaycan həftəsi keçiriləcək

turkiyede-azerbaycan-heftesi-kecirilecek
Oxunma sayı: 630

Onun sözlərinə görə, Türkiyədə Azərbaycan həftəsinin hər iki ölkənin Strateji Araşdırmalar mərkəzinlərinin əməkdağlıq proqramı çərçivəsində 2013-cü ildə keçirilməsi nəzərdə tutulur.

O bildirib ki, Azərbaycan həftəsində təmsil olunacaq nümayəndə heyətinə “Dağlıq Qarabağın Azərbaycanlı icması” İctimai Birliyinin təmsilçiləri də daxil ediləcək. Məqsəd ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini Türkiyə ictimaiyyətinin bütün təbəqələrinə çatdirmaqdır: "Hər iki ölkə arasında əlaqələrin inkişaf etməsinə baxmayaraq, Türkiyənin bəzi bölgələrində Azərbaycan haqqında geniş məlumat yoxdur. Ona görə də keçiriləcək tədbirlər daha çox Türkiyənin bölgələrində təşkil olunacaq ki, Azərbaycan haqqında geniş məlumat yayılsın".