Türkiyədə keçmiş rəhbər xələfini güllələdi

turkiyede-kecmis-rehber-xelefini-gulleledi
Oxunma sayı: 2224

Türkiyənin Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda Sürücülər və Avtomobilçilər Palatasının keçmiş rəhbəri İsmail Altuntaş yeni rəhbər Selahettin Kozanı güllələyərək öldürüb, onun yanındakı dostunu isə yaralayıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, İ. Altuntaş ilə S. Kozan arasında daha öncədən konflikt olub.

Hər iki şəxsin növbəti davası ilə ölümlə nəticələnib.

Hadisəni törədən İsmayıl Altuntaş insident zamanı istifadə etdiyi silahla polisə təslim olub.