Türkiyədə PKK rəhbərlərindən biri öldürüldü

turkiyede-pkk-rehberlerinden-biri-olduruldu
Oxunma sayı: 965

Türkiyənin Hakkari vilayətində antiterror əməliyyatı zamanı “Bager Andok” ləqəbli terrorçu Fatih Özden zərərsizləşdirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçu PKK-nın bölgə üzrə rəhbəri olub.

Türkiyə Silahlı Qüvvələrinin rəsmi səhifəsində yayılan məlumata əsasən, Fatih “qırmızı siyahı” üzrə axtarışda olub.