Türkiyədə zəlzələ olub

turkiyede-zelzele-olub
Oxunma sayı: 869

Türkiyənin şimal-qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bursadan 112 km qərbdə, 11 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.