Türkiyəli aktyor vəfat etdi

turkiyeli-aktyor-vefat-etdi
Oxunma sayı: 1780

Türkiyənin məşhur aktyoru Cengiz Sezici 69 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, kino və teatr aktyoru nəfəs darlığı probleminə görə ötən gün xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, bir çox serialda rol alan C. Sezici sonuncu dəfə “Söz”də oynayıb.