Tuvada şaurmadan 90 nəfər zəhərləndi

tuvada-saurmadan-90-nefer-zeherlendi
Oxunma sayı: 913

Sibirin Tuva muxtar vilayətində kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, 90 nəfər şaurmadan zəhərlənib. 

Bölgənin lideri Şolban Kara-ooun sözlərinə görə, zəhərlənənlər arasında uşaqlar və yaşlılar da var. Bildirilir ki, yeməyin tərkibindəki toyuq əti keyfiyyətsiz olub.

Aysel Kərimova