Üç min abonent işıqsız qalıb

uc-min-abonent-isiqsiz-qalib
Oxunma sayı: 654

Gürcüstan energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri demişdir ki, Acarıstan Muxtar Respublikasında, Svaneti bölgəsində bu sahədə daha böyük problemlər meydana çıxmışdır. Hazırda Gürcüstanda 3 min abonentə elektrik enerjisi verilmir. Bu da ümumi abonentlərin 1,2 faizini təşkil edir.

A.Xetaquri havalar qaydaya düşən kimi abonentlərin elektrik enerjisi ilə təminatının bərpası istiqamətində işə başlanacağını bildirmişdir.