Ukrayna Avropa Şurasındakı səfirini geri çağırdı

ukrayna-avropa-surasindaki-sefirini-geri-cagirdi
Oxunma sayı: 823

Rəsmi Moskvanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzvlüyünün bərpa edilməsi Ukraynanı hərəkətə keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Kiyev Avropa Şurasındakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Ukrayna Xarici işlər naziri Pavel klimkin feysbuk hesabında məlumat verib.

“Şura bizim inamımızı itirib və onu bərpa etmək çox çətin olacaq. İnsan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan bir liderdən, orta səviyyəli sadə menecerə çevrilib”, - deyə Klimkin yazıb.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işində iştirak etməsinə imkan verən qətnamə 118 səslə qəbul edilib.