Ukrayna Ermənistana nota verdi

ukrayna-ermenistana-nota-verdi
Oxunma sayı: 7803




“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, etiraza səbəb isə Ermənistanın Krımın Rusiyaya birləşdirilməsini dəstəkləməsi olub. Ukrayna xarici işlər nazirinin müavini səfirə bununla bağlı narahatlığını çatdırıb və Ermənistanı rəsmi qaydada ictimaiyyətə Krımın birləşdirilməsini tanımadığını etiraf etməyə çağırıb. O bildirib ki, əks halda isə Ermənistanın sərgilədiyi mövqe ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. 

Bu yaxınlarda isə Ukraynanın “Azadlıq” partiyası lideri Ali Rada tribunasından Krımı Rusiya dövlətinin bir hissəsi kimi tanıyan ölkələrdən Ukrayna səfirlərini geri çağırmağı təklif etmişdi. Xüsusən də söhbət Ukraynanın Qazaxıstan və Ermənistandakı səfirlərindən gedir.