Ukrayna parlamentində dava düşdü- - Foto

ukrayna-parlamentinde-dava-dusdu-
Oxunma sayı: 2400


Ölkədə radikal müxalifətlə hökumət qüvvələri arasında davam edən toqquşmalarla əlaqədar plenar rejimdə işləməyə qərar verən Ukrayna parlamentinin bugünkü iclasında dava düşüb. 

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, spiker Vladimir Rıbak tərəfindən fasilə elan edildikdən sonra müxalifətdən olan deputatlar tribunanın çıxışlarını bağlayıblar. Bununla da onlar spikeri iclası davam etdirməyə və gündəlikdə duran məsələlərə baxmağa məcbur ediblər. Rıbak bildirib ki, bu gün Ali Rada 2004-cü il konstitusiyasının bərpası məsələsinə və toqquşmalarda saxlanılanların azad olunması məsələsinə baxacaq. 

Onu da qeyd edək ki, prezident Yanukoviç  2014-cü ilin dekabrında növbədənkənar prezident seçkilərinin keçirilməsinə razı olub. 

***

Bu arada ölkənin Daxili İşlər Nazirliyi toqquşmalarda ölənlərin sayının 80-ə çatdığını açıqlayıb.