Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”

ukraynada-seckiler-bitdi-zelenski-qalib-gelib
Oxunma sayı: 3843

Ukraynada prezident seçkiləri saat 20:00-da başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, seçicilərin 45%-dən çoxu səsvermədə iştirak edib. “Demokratik təşəbbüslər” fondu ekzit-pol keçirərək nəticələri elan edib. Belə ki, aktyor Vladimir Zelenski qalib gəlib. O, seçicilərin 73,2%, Petro Poroşenko isə 25,3% səsini toplayıb.

Qeyd edək ki, seçkilərdə pozuntularla bağlı 1167 şikayət ərizəsi yazılıb.

Mərkəzi Seçki Komissiyası yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.