Ukraynada yaşayan milli azlıqlardan müraciət

ukraynada-yasayan-milli-azliqlardan-muraciet
Oxunma sayı: 796


"Qafqazinfo"ya daxil müraciətdə deyilir: “Biz insan və vətəndaşları azad toplaşma, söz azadlığı kimi haqların və azadlıqların və digər ümumbəşəri dəyərlərinin qorunmasına çıxış edirik. Bununla əlaqədar, biz bu miqyasda insan ölümlərinə səbəb olan güc tətbiq edilməsini pisləyirik, narahatıq. UMA Ukrayna Prezidentinə və Ali Radaya münaqişənin sülh şəraitində dərhal həll edilməsini təmin etmək və “antiterror əməliyyatları” adı ilə dinc əhalisinin qətlərin səbəbkarlarını məsuliyyətə cəlb edilməsinə çağırır. Mümkün qədər tez danışıqlar məcrasına və həqiqi dialoqu başlamaq lazımdır. Biz həmçinin bizim ölkənin taleyindən biganə olmayanları səylərimizi Ukraynada sülh və əmin - amalığın mümkün qədər tez bir zamanda bərqərar olunması üçün birləşdirməyə çağırırıq!”. 

Təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər xalqların cəmiyyətləri birləşir.