Ukraynanın baş prokuroru prezidentə istefa ərizəsini verdi

ukraynanin-bas-prokuroru-prezidente-istefa-erizesini-verdi
Oxunma sayı: 1016

Ukraynanın baş prokuroru Yuri Lutsenko istefası ilə bağlı ərizəsini prezident Pyotr Poroşenkoya təqdim edib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə baş prokurorun mətbuat katibi Larisa Sarqan deyib. Lutsenko Ali Radanın ötən gün keçirilən iclasında gün sonunadək istefa ərizəsini təqdim edəcəyini bildirmiş və deputatlardan məsələyə bu həftə ərzində baxılmasını xahiş etmişdi. 

Baş prokurorun istefasına səbəb ictimai fəal Yekaterina Qandzyukun öldürülməsi işi ilə bağlı aparılan tədqiqatlarda hüquq-mühafizə orqanlarına təzyiq göstərilməsidir.