Ümid Partiyasının sədri görüşdü

umid-partiyasinin-sedri-gorusdu
Oxunma sayı: 655

Rəsmi səfərlər intensivləşir, tərəflər müxtəlif məsələləri müzakirə edirlər.
Almaniyanın xarici işlər naziri cənab Giedo Vestervellinin, Almaniyanın insan haqları və humanitar məsələlər üzrə müvəkkili cənab Markus Löninqin səfərləri də bu qəbildəndir.

Bu gün Ümid partiyasının sədri cənab İqbal Ağazadə ali qonaqla görüşüb. Görüşdə ölkədə insan haqlarının vəziyyəti, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı, İran ətrafında cərəyan edən hadisələr, siyasi partiyalar haqqında qanun lahiyəsi müzakirə olunub. İ. Ağazadə qonağı maraqlandıran digər məsələlərə də münasibət bildirib.