Unibank Xaçmazda

unibank-xacmazda
Oxunma sayı: 811


“Qafqazinfo”ya daxil olan məlumata görə, Xaçmaz şəhərinin mərkəzində, mərkəzi poçtun yaxınlığında, Nəriman Nərimanov küçəsi, 19A  ünvanında yerləşən yeni filial, Xaçmaz və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.  Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün  kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları  və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur. 

 Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır.Yeni filialın açılışı ilə baş ofis də daxil olmaqla, Unibankın filial şəbəkəsi 37-yə çatıb. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərinidə tam iş qrafikində fəaliyyət göstərir. Filiallar fasiləsiz işləyir.