Unibankın mobil əlavəsi daha interaktiv və dinamik oldu

unibankin-mobil-elavesi-daha-interaktiv-ve-dinamik-oldu
Oxunma sayı: 768

Nüfuzlu “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile  indi daha dinamik və interaktiv olub.

"Qafqazinfo" xəbər verir ki, təkmilləşmələrdən sonra mobil əlavədən istifadə bir qədər də rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib. İndi smartfonunda  Unibank Mobile əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:

Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;

Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;

Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;

Əsas səhifənin aşağı hissəsində rahat menyu;

Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;

Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;

Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər  “Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.

Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.