Unibankın yeni filialı fəaliyyətə başlayıb

Unibankın yeni filialı fəaliyyətə başlayıb
Oxunma sayı: 25

Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran Unibankdan  xoş xəbər var.  Artıq Unibank filialını tapmaq daha ASAN oldu.  Bankın 1 saylı ASAN Kommunalda (Həsən Əliyev 36) yeni filialı fəaliyyətə başlayıb. Daha əlçatan və  digər xidmətlərin mövcud olduğu bir ünvanda yerləşən filial, müştərilərinə geniş bank xidmətləri təklif edir.

"Qafqazinfo" xəbər verir ki, filial müştərilərə kassa hesablaşma əməliyyatları, kredit verilməsi, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla,  bütün bank xidmətlərini göstərir. Yüksək səviyyəli xidmətdən  və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibankın ASAN Kommunalda yerləşən filialına müraciət edə bilər.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın (http://onelink.to/ffdbwf) köməyi ilə istifadə edə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi