Universitetdə sərgi keçiriləcək

universitetde-sergi-kecirilecek
Oxunma sayı: 2525

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Royal İnstitute of British Architects - Böyük Britaniya Memarlarının Kral İnstitutunun təşkilatçlığı ilə keçiriləcək Prezident medalı (President medal exhibition of RIBA) sərgisinin açılış mərasimi olacaq. 

“Qafqazinfo” xəbər verir ki, sərgidə Böyük Britaniya Memarlarının Kral İnstitutunun nümayəndələri,  Boyuk Britaniyanin ölkəmizdəki diplomatik missiyasi, eləcə də ölkəmizin nüfuzlu memarları və şirkət nümayəndələri iştirak edəcəklər. Sərgi ilə maraqlanan şəxslər qeyd olunan tarixdə orada iştirak edə bilərlər.

Sərgi AzMİU-nun 15 dekabr 2017-ci il tarixində saat 11:00-də 3 saylı tədris binasının 4-cü mərtəbəsində keçiriləcək.