“Üzr istəyirik” - Polşanın baş məşqçisi

uzr-isteyirik
Oxunma sayı: 2391

Polşa millisinin baş məşqçisi Adam Navalka Kolumbiyaya 0:3 hesablı məğlubiyyəti şərh edib. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis azarkeşlərdən üzr istəyib:

“Güclü bir komandaya uduzduq. Matçda qaçırılar bir epizod qola bərabər idi. Qoldan sonra nəzarətdən çıxdıq. Sxemi dəyişdik və təcrübəli futbolçulardan istifadə edərək daha çox hücum etməyə çalışdıq. Lakin heç nə baş vermədi. Sabah yeni bir gün olacaq. Məğlubiyyət üçün üzr istəyirik. Bunu qəbul edirik”.