“VAZ” aşdı, FHN 2 nəfəri maşından çıxardı

vaz-asdi-fhn-2-neferi-masindan-cixardi
Oxunma sayı: 727

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Yardımlı rayonunda “VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.