Veb sayt fəaliyyətə başlayıb

veb-sayt-fealiyyete-baslayib
Oxunma sayı: 666

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Sənaye Bankı tərəfindən 2008-ci ildə yaradılmış VISA Prestige Club kart programı plastik kart istifadəçilərinə geyim, aksesuar, məişət texnikası, səhiyyə, sığorta və daha bir çox sektorda fəaliyyət göstərən partnyor alış veriş və xidmət məntəqələrində endirimlər təqdim edən xidmətdir. Bu endirimlər kart ödənişləri zamanı POS terminallara yazılmış xüsusi proqram vasitəsilə avtomatik tətbiq olunur.

08.12.2011-ci il tarixində partnyor alış veriş və xidmət məntəqələrinin genişləndirilməsi üçün Prestige Club və TÜSİAB kart endirim proqramları birləşdirilib. Bu əməkdaşlıq nəticəsində hal-hazırda qeyri nağd ödənişlərdə VISA Prestige Club kartları vasitəsilə, nağd ödənişlərdə isə TÜSİAB endirim kartları təqdim olunmaqla hər iki kart proqramının daxil olduğu geniş bir partnyor şəbəkəsi üzərindən endirimlər əldə etmək mümkün olub.

İndi əhatə dairəsi daha da genişləyən VISA Prestige Club ilə bağlı bütün ətraflı məlumatları www.prestigeclub.az saytından əldə etmək olar. Belə ki, veb səhifədə endirim proqramı haqqında təfərrüatlı məlumat, endirim şəbəkəsi, kart növləri, korporativ və individual müştərilərin online olaraq müraciət edəbilmələri imkanı, həmçinin istifadəçi rahatlığı nəzərə alınaraq endirim şəbəkəsinin üzvü olan hər bir brendin əlaqə vasitələri, ünvanı və xəritəsi yerləşdirilmişdir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. 2012-ci ilin sentyabr ayının 1-nə bankın aktivlərinin həcmi 153.152 mln. manat, depozit portfeli 79.918 mln. manat, kredit portfeli 129.204 mln. manat, nizamnamə kapitalı 28.000 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 582 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 28.000-dən, cəmi müştərilərinin sayı isə 47.000–dən çoxdur.