Venesuela dəniz sərhədini bağladı

venesuela-deniz-serhedini-bagladi
Oxunma sayı: 882

Venesuela Karib dənizindəki Aruba, Boneyr və Kyurasao ada-dövlətləri ilə sərhədini bağlayır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Delsi Rodriqes məlumat verib:

“Venesuela təkcə sərhədi bağlamır, eyni zamanda bu ölkələrlə münasibətləri yenidən nəzərdən keçirəcək. Tədbirlər həmin dövlətlərin beynəlxalq hüquqa əməl etdikləri vaxtadək davam edəcək”.

Rodriqes bildirib ki, məhz Kyurasao adası Nikolas Maduro hökumətinin ölkəyə buraxmaq istəmədiyi humanitar yardımın toplandığı mərkəzə çevrilib.

Qeyd edək ki, bu adalar Niderland Krallığının tərkibinə daxildir.