Xalq artisti reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

xalq-artisti-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 695

Xalq artisti Qəndab Quliyeva xəstəxanaya yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Lent.az-a sənətçinin oğlu Hafiz Həmidov məlumat verib.

O bildirib ki, Qəndab Quliyeva bu ilin fevral ayından sonra infarkt və 3 dəfə insult keçirib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsindədir. Həkimlər müğənninin vəziyyətinin ağır olduğunu bildiriblər.

Xalq artistinin oğlu anasının müalicəsi üçün müvafiq qurumlardan və imkanlı şəxslərdən yardım istəyib.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.