Xanım prezident Azərbaycandakı səfiri işdən çıxardı

xanim-prezident-azerbaycandaki-sefiri-isden-cixardi
Oxunma sayı: 3364


Litva Prezidenti xanım Dalya Qribauskayte ölkəsinin Macarıstandakı və Azərbaycandakı səfirləri Renatas Yuşka və Arturas Jurauskası vəzifələrdən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.

SalamNews-un DELFİ saytına istinadən verdiyi xəbərə görə, prezident ölkə Konstitusiyasına və hökumətin qəbul etdiyi qərara əsasən, həmin səfirlər öz vəzifələrindən azad edib. Səfirlər fəaliyyətlərini sentyabrın 30-da başa çatdıracaqlar.

Xatırladaq ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Yazıdakı söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini ehtimal olunur.

Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını vurğulayıblar. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini bildirib.