Xaqani Səfəroğlu təşkilat sədri oldu

xaqani-seferoglu-teskilat-sedri-oldu
Oxunma sayı: 646

Azərbyacanda yeni mediada işləyən jurnalistləri bir araya gətirəcək jurnalist təşkilatı yaradılıb. “Yeni Media Jurnalistləri” İctimai Birliyi adlanan təşkilat özünün təsis yığıncağını keçirib.

Yeni təşkilatda ölkənin müxtəlif internet qəzet və portallarında fəaliyyət göstərən jurnalistlər cəmləşib. Təşkilatın əsas məqsədi və fəaliyyəti ölkədə təşəkkkül tapmaqda olan onlayn KİV-lərin vəziyyətini, internet mediasının problemlərini araşdırmaq, bu sahə ilə bağlı hüquqi və digər məsələləri müzakirəyə çıxartmaqdır. Təşkilat KİV-in yeni sahəsi sayılan internet qəzetlərin, burada işləyən jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə qanunvericilik, onlayn mediada etik prinsiplərin qorunması ilə bağlı öz təkliflərini hazırlayacaq. Modern.az portalının əməkdaşı, “Ayna-Zerkalo” qəzetinin parlament müxbiri Xaqani Səfəroğlu “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri seçilib.

Qurumda Seymur Verdizadə, Zaur İbrahimli, İmdad Əlizadə, Anar Rüstəmov, Pərvin Abbasov, Əfqan Qafarlı, Elman Cəfərli, Azər Rəşidoğlu, Tahir Balıyev, Azər Nuriyev, Niyaz Niftiyev və onlayn media ilə bağlılığı olan xeyli jurnalist təmsil olunur.