Xətai rayonunda yanğın olub

xetai-rayonunda-yangin-olub
Oxunma sayı: 1318

Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 16:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.