Xəzər İntellektual Gənclər Klubu yeni layihəyə başlayır

Xəzər İntellektual Gənclər Klubu yeni layihəyə başlayır
Oxunma sayı: 112

Klubun sədri Seymur Teymurovun “Qafqazinfo”ya verdiyi məlumata görə, artıq ilk turnir 4 iyunda Bakı Dövlət Universitetində təşkil olunacaq. Həmin gün baş tutacaq breyn-rinq çempionatı universitetin Tələbə Həmkarlar Təşkilatı ilə birgə keçiriləcək və Xəzər İntellektual Gənclər Klubunun 10 illik yubileyinə həsr olunacaq.

Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən universitetlərdə yeni intellektual oyunlar klublarının yaradılması, müxtəlif turnirlərin və tədris-konsultativ seminarların keçirilməsi planlaşdırılır. Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Texniki Universitetdə intellektual oyunlar üzrə klublar artıq yaradılıb və hər şənbə və bazar günləri həmin klublarda yarışlar təşkil edilir.

Xəzər İntellektual Gənclər Klubu yeni layihə çərçivəsində klublarda iştirakçıların sayını daha da genişləndirməyi və oyunları intesnivləşdirməyi planlaşdırır. Layihə 2011-ci ilin sonuna qədər davam etdiriləcək.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi