“Xəzər-Lənkəran”da kadr dəyişikliyi

xezer-lenkeranda-kadr-deyisikliyi
Oxunma sayı: 644

"Rekord.az"-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, jurnalist həmkarımız, "Futbol+" qəzetinin əməkdaşı Hüseyn Cəbrayıloğlu klubda bu vəzifəni yerinə yetirməyə başlayıb. O, bu postda Yalçın Əliyevi əvəzləyib.

Məlumatı dəqiqləşdirmək üçün Cəbrayıloğlunun özü ilə əlaqə saxladıq. Hüseyn məlumatı nə təkzb, nəd təsdiq etdi: "Rəsmi heç nə yoxdu. Hələ Yalçın müəllim öz işindədi, mən öz işimdə".
Klubun icraçı direktoru Babək Quliyev də eyni fikri səsləndirdi: "Rəsmi təyinat yoxdu. Ancaq bu dəyişiklik ola bilər. Rəsmi bir şey olsa, sizə xəbər edəcəyik".