Xırdalanda “Eksklüziv” mağazası açıldı - Fotolar

xirdalanda-ekskluziv-magazasi-acildi
Oxunma sayı: 3574

Abunəçilərinə hər zaman olduğu kimi yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə Azercell noyabrın 13-də Xırdalan şəhərində yeni konsepsiyaya uyğun “Eksklüziv” mağazasını istifadəyə verib.

“Qafqazinfo”nun məlumatına görə, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, 54 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub.

Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olurlar. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, Xırdalan Azercell “Eksklüziv”mağazası paytaxtdan kənarda, bölgələrdə açılan ilk yeni konsepsiyalı mağazadır. 

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Xırdalan Azercell “Eksklüziv” mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

Azercell Telekom gələcəkdə yeni konsepsiyalı “Eksklüziv” mağazalarını ölkə boyu genişləndirməyi və bununla da abunəçilərə daha rahat və faydalı xidmət göstərməyi nəzərdə tutur.