Yanan bina ilə bağlı kasassiya şikayəti təmin edilmədi

yanan-bina-ile-bagli-kasassiya-sikayeti-temin-edilmedi
Oxunma sayı: 1280

2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslərdən biri Miryusif Mahmudovun kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fərhad Kərimov şirkət rəhbərinin şikayətini təmin etməyib və o, həbsdə saxlanılıb. 

Qeyd edək ki, M.Yusifov həmin binada üzləmə işlərini həyata keçirən şirkətlərin təsisçisi olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd