Yanğın olan binada BDU-nun müəllimləri yaşayır - Fotolar + Yenilənib

yangin-olan-binada-bdu-nun-muellimleri-yasayir
Oxunma sayı: 1087

Bakıda güclü yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonunda hündürmərtəbəli binalardan birində baş verib.

***

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Qeyd olunur ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

***

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
 
APA-nın məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
 
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. 

***

Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. APA-nın məlumatına görə, hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir. 
 
***

FHN-in yanğınla bağlı son açıqlamasında bildirilir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m2 və dam örtüyü 80 m2 sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub.