YAP-dan “Siyasi partiyalar haqqında” qanunla bağlı mövqe

yap-dan-siyasi-partiyalar-haqqinda-qanunla-bagli-movqe-
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin depuitatı Səyavuş Novruzov deyib. Onun sözlərinə görə, hazırda bu layihəyə rəy verilməsi üçün Venesiya komissiyasında baxılır. Amma bütün hallarda son sözü Milli Məclis deyəcək.

Hazırda ölkədə 50-dən çox partiyanın qyediyyatdan keçdiyini deyən millət vəkili onların bpöyük əksəriyyətinin siuyasi fəaliyyətlə məşğöul olmadığını vurğulayıb: “Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı bir funksiyanı həyata keçirmir. Amma dünyada bu praktika mövcuddur, əgər hər hansı siyasi təşkilat fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz”.
Bununla bağlı Avropa təcrübəsinə diqqət çəkən S. Novruzov qeyd edib ki, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il hər hansı seçiklərdə iştirak etməyən partiyaların avtomatik olaraq qeydiyyatı ləğv olunur. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar öz qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır

Fatimə Kərimli