YAP-ın növbəti qurultayının tarixi açıqlandı

yap-in-novbeti-qurultayinin-tarixi-aciqlandi
Oxunma sayı: 1781

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının vaxtı məlum olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci il fevralın 8-nə təyin olunub.
 
Qurultayın vaxtının dəyişdirilməsinə səbəb növbədənkənar prezident seçkisinin təyin edilməsidir.
 
Qurultayın bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.
 
Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.