Yardım adı ilə qadının pulunu oğurladı

yardim-adi-ile-qadinin-pulunu-ogurladi
Oxunma sayı: 926

Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək etdiyi qadının 340 manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 9-da baş verib. Rayonun Gəgiran kənd sakini R.Axundova onun bankların birindəki hesabından 340 manatının çıxarılaraq oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Kənarmeşə kənd sakini Əfqan Əkbərov saxlanılıb. Məlum olub ki, Ə.Əkbərov həmin gün bankomatdan qadının pulunu çıxarıb, lakin həmin məbləği dərhal mənimsəyərək pulun hesaba köçməməsi bəhanəsi ilə kartı yenidən qadına qaytarıb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.