Yardımlıda qohumlar dalaşdı - Ölən var

yardimlida-qohumlar-dalasdi
Oxunma sayı: 2142

Yardımlıda qonşular və qohumlar arasında kütləvi dava baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Bürzümübül kəndində qohumlar arasında ərazinin müəyyən olunması səbəbindən yaranan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı Bürzümübül kənd sakini, 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyev aldığı xəsarətlərdən ölüb. Digər ailənin üzvü Nuru Mətləb oğlu Haxıəliyev isə xəsarət alaraq Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

B. Rəciyevin ölümündə şübhəli bilinən Nuru Haxıəliyevin oğlu Şirxan Haxıəliyev isə polis tərəfindən saxlanılıb.