Yarıçılpaq meydana atılan model cərimələnəcək

yaricilpaq-meydana-atilan-model-cerimelenecek
Oxunma sayı: 2108

Amerikalı model və aktrisa Kinsi Volanski cərimələnəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının Madriddəki final matçında yarıçılpaq halda futbol meydançasına çıxmasıdır. Məlumata görə, K. Volanski 15 min avro məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, sözügedən addımı ilə qısa müddət ərzində məşhurlaşan modelin İnstaqram izləyicilərinin sayı artaraq 2,5 milyonu aşıb.