Yarım tonluq bomba tapıldı, Berlin boşaldılır

yarim-tonluq-bomba-tapildi-berlin-bosaldilir
Oxunma sayı: 2751

Almaniyanın paytaxtında qatar stansiyasının yaxınlığında tapılan II Dünya Müharibəsindən qalmış bomba səbəbindən Berlində bu gün böyük təxliyyə olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Berlində tapılan yardım tonluq bomba nəzarət altında partladılacaq. Bu səbəbdən bu gündən etibarən binalar boşaldılır. 

Qeyd edilir ki, həmin ərazidə nazirlik binaları, İndoneziya və Özbəkistan səfirlikləri, xəstəxanalar, gizli xidmət binaları və muzeylər yerləşir.