Yasamalın “ölüm dayanacağı” - Video

Yasamalın “ölüm dayanacağı”
Oxunma sayı: 3901

Xəbər verdiyimiz kimi, Bakı Dairəvi Yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində sərnişinlər ensiz betonun üzərində dayanıb 193 və 211 nömrəli avtobusa minmək üçün həyatlarını riskə atırlar.

“Qafqazinfo” vəziyyətlə maraqlanmaq üçün sözügedən ünvana baş çəkib. Məlum olub ki, hər gün eyni qaydada sürücülərin buradan sərnişin mindirib-düşürməsinə baxmayaraq, həmin yolda nə dayanacaq, nə də səki var. 

Sərnişinlər deyir ki, bu, onların həyatları üçün çox təhlükəli olsa da məcburdurlar:

“Problemin əslində təmirlə heç bir əlaqəsi yoxdur. Elə təmirdən əvvəl də vəziyyət belə olub. Bu yoldan istifadə edən bütün insanların həyatı risk altındadır”. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirib: “Göründüyü kimi həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Biz 211 və 193 nömrəli marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara dəfələrlə xəbərdarlıq eləmişik ki, avtobusları həmin ərazidə saxlamasınlar. Lakin bir məsələ var ki, o ərazidə yaşayan sakinlər hər dəfə sürücünü orada saxlamağa məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır. Yəni orda avtobusun dayanmasını tələb edən də sərnişinlərdir. Avtobusun orada dayanmasına etiraz edən yenə sərnişinlərdir”.

Sayta yerləşdirmək üçün kod

Ülviyyə

Video: Pərvin Zeynal




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi